Quru meyvəli keks

17 Haziran 2016
2 117
0
Quru meyvəli keks
Quru meyvəli keks

Ərzaqlar:

Kərə yağı – 200 qr.
Yumurta – 4 ədəd
Şəkər tozu – 200 qr.
Un – 250 qr.
Quru meyvə qarışığı (zövqə görə) – 150 qr.
Darçın – zövqə görə
Vanilin – zövqə görə

Hazırlanması:


Əvvəlcə şəkər tozu ilə otaq temperaturunda olan kərə yağı həmcins olana kimi mikserdə çalınır. Sonra buraya yumurtalar əlavə edilir. Qarışdırdıqdan sonra unu mikseri dayandırmadan hissə-hissə qarışığa əlavə edirik. Ən sonda isə quru meyvələri, darçın və vanilini əlavə edirik və qarışdırırıq.
Xəmiri folqa salınmış formanın içinə tökürük. 30 dəqiqə 160 dərəcə temperaturda bişiririk.
Quru meyvəli keksimiz hazır. Bir qədər soyuduqdan sonra dilimləyib dadına baxa bilərsiniz.

sufrem.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.