Qarağatlı çələnglər resepti - FOTO RESEPT

19 Haziran 2016
2 434
0
Qarağatlı çələnglər resepti - FOTO RESEPT
Tərkibi:
Xəmir üçün:

500 qr un
25 qr maya
¾ süd
2 ədəd yumurta
2 x/q şəkər
60 qr kərə yağı
0,5 ç/q duz

İçlik üçün:

1,5 stəkan qırmızı qarağat
0,5 st. Şəkər
1,5 ç/q portağal qabığı

Hazırlanması:

İlk öncə mayanı 0,5 st iləq süd ilə qarışdırırıq, unun yarısını əlavə edib qarışdırıb isti yerdə 1-2 saat acıması üçün saxlayırıq.
Acıyan xəmirə qalan ilıq südü, şəkər ilə çalınmış yumurtanı, duzu, qalan unu əlavə edib qarışdırırıq və sonra yumşalmış kərə yağını yavaş-yavaş əlavə edirik. Ələ yapışmayan xəmir yoğururuq. Üzərini streç film ilə örtüb iki saat soyuducuya qoyuruq.
İçliyi hazırlamaq üçün qarağatı blenderdə xırdalayırıq. Sonra şəkər və portağal qabığı ilə qatılaşana qədər bişiririk.
Xəmiri soyuducudan çıxarıb un səpərək təxminən 60*30 sm ölçüdə dördkünc şəkildə yayırıq. İçliyi üzərinə bərabər şəkildə yayırıq. Sonra şəkildə göstərilən kimi qatlayıb üzərindən yüngülcə oxlov ilə basıb eni təxminən 3 sm olmaqla hissələrə kəsirik. Hər hissəni ayrı-ayrılıqda halqa şəklində büküb kənarlarını yaxşıca bitişdiririk. Soba nimçəsinə düzüb 200C dərəcədə qızılı rəng olana qədər bişiririk. Hazır olan şirniyyatın üzərini şəkər pudrası və ya qlazur ilə bəzəyə bilərsiz.

Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.