Giləmeyvəli piroq

20 Haziran 2016
2 169
0
Giləmeyvəli piroq
Tərkibi (8-10 pay):

Xəmir:


100 q yumşaldılmış kərə yağı
2 yumurta
150 q şəkər tozu
2,5 st. un
1 ç.q. qabartma tozu

iç:

3 yumurta
150 q şəkər tozu
1 kq yağlı kəsmik
2 x.q. nişasta
1 paket vanil
1 st. giləmeyvə
1 x.q. nişasta (giləmeyvə üçün)

Xəmir: Yağ, yumurta, şəkər tozu, un, qabartma tozunu qarışdırıb eynicinsli xəmir yoğurun.

İç: Blenderdə kəsmik, nişasta (2 x.q.), şəkər tozu, yumurta və vanili eynicinsli kütlə alınanadək qarışdırın.
Xəmiri nazik yayın. Kənarı açılan yağlanmış formanın içinə qoyun. Bir neçə yerindən çəngəllə deşin.
Giləmeyvəni nişastayla qarışdırın (kəsmikli kremə rəngi çıxmasın deyə).
Xəmirin üzərinə kremin yarısını çəkin. Giləmeyvəni səpin. Kremin qalanını üzərinə çəkin.
200 dərəcə qızdırılmış sobada 35-40 dəqiqə bişirin.
Sobadan çıxarandan sonra formada soyudun.

Nuş olsun!

milli.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.