Uşaqların “yox” deməyəcəyi Spagetti salatı
Uşaqların "yox” deməyəcəyi Spagetti salatı. Evdəkilər adi xiyar-pomidor salatını bəyənmir? Doğranmış tərəvəzlər masanın üstündə qalıb, xarab olursa, daha əziyyət çəkməyin. Həmin tərəvəzləri bişmiş spagettiyə vurun! Görün necə yeyəcəklər?!
Bu salat həm də spagettini süzüb qarnirlə yeməkdən yorulanlar üçün nəzərdə tutulub!
Ərzaqlar: (2 porsiya)
Pomidor – 3 ədəd
Təzə xiyar – 1 ədəd
Bolqar bibəri – 1 ədəd
Spagetti – 150 qr.
Bitki yağı – 2 x.q.
Cəfəri – 50 qr.
Kahı - 50 qr.
Duz, istiot.
Hazırlanması:
Spagetti duzlu suda bişirilir, sonra süzülür. Bibərin içi təmizlənir, uzunsov nazik doğranılır. Xiyar halqavarı, pomidorlar kvadrat doğranılır. Dərin salat qabına spagetti və tərəvəzləri əlavə edib, azca qarışdırın, duz-istiot səpin və bitki yağı əlavə edin. Boşqaba kahı yarpağı qoyub, üzərinə salatı yerləşdirib, narın göyərti səpin.
Nuş olsun!

qadin.az