Göyərtili və pendirli yay keksi

21 Haziran 2016
1 943
0
Göyərtili və pendirli yay keksi
Göyərtili və pendirli yay keksi.

Ərzaqlar:
Quru ərzaqlar:

Un – 230 qr.
Çedder pendiri – 180 qr.
Yaşıl soğan – yarım dəstə
Şüyüd və cəfəri – 1 dəstə
Qabartma tozu – 1 x.q.
Quru reyhan – 1 ç.q.
Duz – bir çimdik
İstiot – bir çimdik

Duru ərzaqlar:
Süd – 80 ml.
Bitki yağı – 80 ml.
Yumurta – 4 ədəd
Xardal – 1 ç.q.
Qoz – 30 qr.

Hazırlanması:
Pendiri sürtgəcdən keçiririk və kənarda saxlayırıq. Göyərtiləri yaxşıca yuyub, xırdalayırıq. Bütün quru ərzaqları bir qabda qarışdırırıq.
Digər bir qabda isə duru ərzaqları qarışdırırıq. Sonra onların hər ikisini bir-birinə qatıb, azca da qarışdırdıqdan sonra içinə folqa sərilmiş keks formasına tökürük. Əvvəlcədən isidilmiş sobada 180 dərəcədə 30 dəqiqə bişiririk. Sonra sobadan çıxarıb, üzərinə xırdalanmış qozu və pendiri səpirik. Daha 30 dəqiqə bişiririk. Sobadan çıxaran kimi kənarda qalması və soyuması lazımdır.

Nuş olsun!

Göyərtili və pendirli yay keksi

Göyərtili və pendirli yay keksi
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.