Ev üsulu lülə kabab resepti

21 Haziran 2016
4 005
0
Ev üsulu lülə kabab resepti
Tərkibi:
500 q orta yağlı quzu əti,
(ət maşnada deyil bıçaqla əzilib qiymə halına gəlməli)
200 q quyruq yağı,
Duz,
Bibər,

Salatı üçün:

2-3 orta quru soğan,
1 yemək qaşığı sumaq,
1 dəstə cəfəri,
Duz,
Servis üçünsə yanında ya lavaş, yaxud da nazik pidə çörəyi.

Hazırlanması:

Qiymə, quyruq, duz və bibər qataraq yaxşıca yoğurun.
Soyuducuda -4 saat soyudun.
Təkrar çıxardıb yoğurun.
Sonra əllər ara-sıra isladılaraq qiyməni qalın şişlərə sıxaraq yerləşdirin.
Fırını izqara ayarına gətirin.
Fırında 200 dərəcədə ara-sıra çevirərək bişirin.
Arzuya görə yağsız tavada və manqalda da bişirə bilərsiniz.
Soğanı incə halğalar şəklində doğrayaraq üzərinə duz səpib yaxşıca əzin.
Süzgəcdə yaxayıb süzün.
Üzərinə doğranmış cəfəri, sumaq,duz səpərək qarışdırın.
İncə pidənin və ya lavaşın içinə bol soğan salatı kababı qoyaraq kabab sinisini bəzəyin.
Ev üsulu lülə kabab yanında isə buz kimi ayran və pomidor dilimləriylə servis edin.

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.