Ən sadə resept... Squşonkalı” ponçikləri bu cür bişir…

25 Haziran 2016
4 352
0
Ən sadə resept... Squşonkalı” ponçikləri bu cür bişir…
Ən sadə resept... Squşonkalı” ponçikləri bu cür bişir…

Ərzaqlar: ( 40 ədəd üçün)

Qatılaşdırılmış süd – 1 banka
Yumurta -3 ədəd
Vanil – 1ç.q.
Un – 500 qr.
Qabardıcı -1ç.q.
Bitki yağı - 100 ml.

Hazırlanması:

Qaba qatılaşdırılmış südü boşaldırsınız, bura yumurtaları sındırıb, əlavə edirsiz və mikserlə çalırsınız. Üzərinə vanili səpirsiz. Unu ələyir, qabardıcı tozu una qatır və yavaş-yavaş unu yumurta kütləsinə qataraq, xəmir yoğurursuz. Xəmir yumşaq, bir az yapışqanlı alınmalıdır ki, ondan kürələr düzəldə biləsiz.
Xəmiri kvadrat formaya salıb, qida sellofanına büküb, soyuducuya qoyursuz. 40 dəqiqədən sonra götürürsüz. Xəmiri uzunsov lent kimi kəsib, ondan da kiçik hissələr ayırırsınız. Təxminən 2,5 sm. diametrdə kürələr düzəldirsiz.
Dərin qazana bolluca yağ əlavə edib dağ edirsiz. Yağ elə olmalıdır ki, ponçiklər orda üzsün. Ponçikləri qazana az-az 2-3 ədəd olmaqla atırsız, qızılı rəng alana kimi bişir. Qazandan çıxarıb, salfet üzərinə qoyursuz ki, yağı süzülsün. İsti-isti üzərinə qənd kirşanı səpirsiz. Ponçiklər yumşaq, zərif, şirin alınır. Uşaqlar üçün faydalı şirniyyatdır.

Ən sadə resept... Squşonkalı” ponçikləri bu cür bişir…

Nuş olsun!

sufrem.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.