2 cür içlikli badımcan ruletləri
Badımcan ruletləri. yemək ən asan, dadlı və soyuq yeyilən yeməkdir: badımcanın içliyi necə olursa, olsun mütləq dadlı olur. Biz sizə badımcan ruleti üçün 2 içlik təqdim edirik: sadə və pendirli.
Pomidorlu rulet.
Ərzaqlar:
Badımcan - 3 ədəd
Pomidor - 2 ədəd
Sarımsaq - 2 diş
Yumurta -1 ədəd
Bitki yağı - 50 ml.
Şüyüd
Duz, istiot
Hazırlanması:
Badımcanlar soyulur, 0,5 sm qalınlıqda uzunsov dilimlənir. Üzərinə duz səpilir, 10 dəqiqəlik acısı çıxması üçün kənara qoyulur. Sonra yuyulub, qurudulur.
Xırda doğranmış pomidor, xırda şüyüd və əzilmiş sarımsaq qarışdırılır, duz, istiot vurulur. Bir yumurta çalınır, badımcanlar buna batırılıb, tavada iki tərəfli qızardılır. Çox qızarmasın. Salfet üzərinə qoyulub artıq yağı hopdurulur. Hər badımcanın içinə 1 çay qaşığı içlik qoyulur, rulet kimi burulur. Boşqaba düzülür, göyərti səpilir. Süfrəyə verərkən yanında mayonez qoyula bilər.
Pendirli badımcan ruleti
Ərzaqlar:
Bərk pendir – 100 qr.
Badımcan - 3 ədəd
Sarımsaq - 2 diş
Pomidor – 2 ədəd
Göyərti zövqə görə
Mayonez – 30 qr.
Duz, istiot.
Hazırlanması:
Badımcanlar uzunsov kəsilir, duzlanır, 10 dəqiqəlik acısı çıxarılır. Sonra duzu yuyulub, qurudulur. Tavada bitki yağında ikitərəfli yumşalana kimi qızardılır. Salfet üzərində yağı hopdurulur. Pendir sürtgəcdən keçirilir, pomidorlar xırda kublara doğranılır, göyərti xırdalanır, sarımsaq əzilir. Hamısı qarışdırılır, duz, istiot vurulur. Badımcanın içinə azca mayonez çəkilir, 1 qaşıq pendirli içlik qoyulub, rulet kimi burulur.
Nuş olsun!