Evdə xəmir yoğurmadan çörək bişirin

Evdə xəmir yoğurmadan çörək bişirin
Lazım olan ərzaqlar:

3 stəkan un
1/2 çay qaşığı quru maya
2 çay qaşığı duz
1.5 stəkan ilıq su

Hazırlanma qaydası:

Dərin bir qabda bütün vəsaitləri qaşıqla qarışdırırıq və üzərinə streç kağız və ya qapaq bağlayıb ən az 12 saat mayalanmağa qoyuruq. Əgər 16-18 saata qədər gözlənilsə daha yaxşı olar.

Heç əlinizlə yoğurmağa ehtiyac yoxdur, unu və suyu yaxşıca bir-birinə yedirənə qədər qarışdırıb kənara qoyuruq. Mayalanan xəmiri, əlimizə un sürtərək bir kündə halına gətiririk və iki saat daha gözləyirik. İki saatımız tamam olduqda, yenidən kündəni yoğururuq. Yarım saat sonra sobanı 210 dərəcə açıb, içərisinə qapaqlı boş dərin bir dəmir qazan və ya istiyə dayanıqlı qapaqlı şüşə kasa qoyaraq isidirik. Yarım saatın sonunda, diqqətlə sobadakı qazanın qapağını açıb, mayalanan kündəmizi yavaşca qazana qoyuruq və ağzını bağlayıb 30 dəqiqə bişiririk (bu 30 dəqiqə müddətində qazanın qapağını açmaq olmaz).

Tam yarım saat sonra qazanın qapağını götürüb, çörəyimizi ağızı açıq şəkildə 15-20 dəqiqə daha sobanın istiliyində, üstü yaxşıca qızarana qədər 190 dərəcədə bişiririk. Çörək bişdiyində sobanı bağlayırıq və mümkünsə soba qapağını bir az açıq halda olmaqla, çörəyi 10 dəqiqəyə qədər sönmüş sobanın içində yüngül soyumasını gözləyirik. Çünki isti-isti dərhal çıxarıb dəzgahın üzərində soyumağa qoyulan çörəyin qabığı çatlaq-çatlaq olar, amma sobada gözlədilib çıxarınca birdən isti-soyuq təması olmadığında çörəyin üzü daha düz olur.

Bu tərif dəmir qapaqlı qazanda çox gözəl olur. Dəmir tökülmə qazanın çevrəsi 34sm və ölçüsü 23smX30sm olsa yaxşı olar. Olduqca böyük olması lazımdır, çünki xəmir qazanın kənarına dəymədən bişsə çörəyin qabığı daha incə və üstü daha hamar olar. Əgər qazan balacadırsa iki kündə edin və ya vəsait miqdarının yarısını təcrübə edin.

İndidən nuş olsun!


Evdə xəmir yoğurmadan çörək bişirin

Evdə xəmir yoğurmadan çörək bişirin

Evdə xəmir yoğurmadan çörək bişirin

Evdə xəmir yoğurmadan çörək bişirin

Evdə xəmir yoğurmadan çörək bişirin

Evdə xəmir yoğurmadan çörək bişirin

Evdə xəmir yoğurmadan çörək bişirin

Evdə xəmir yoğurmadan çörək bişirin

Evdə xəmir yoğurmadan çörək bişirin

Evdə xəmir yoğurmadan çörək bişirin

Evdə xəmir yoğurmadan çörək bişirin

Evdə xəmir yoğurmadan çörək bişirin

Evdə xəmir yoğurmadan çörək bişirin

Evdə xəmir yoğurmadan çörək bişirin

Evdə xəmir yoğurmadan çörək bişirin
Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.