Pomidorun Qadın Sağlamlığına Faydası İnanlmazdır
Pomidor suyunun menopozun mənfi təsirlərini yüngülləşdirə bildiyi təyin olunub.
Tokio Tibb Universitetindən elm adamlarının araşdırması, gündə 2 stəkan pomidor suyunun menopozun daha rahat keçirilməsini təmin edə bildiyini göstərdi.
Elm adamları, 8 həftə boyunca 93 qadından gündə 2 dəfə 200 mililitre pomidor suyu içməsini istədi və iştirakçıların vəziyyətini araşdırdı.
İştirakçılarda menopozun anksiyete, atəş basması, əsəbilik halı kimi mənfi təsirlərinin azaldığı müəyyən olundu.
Elm adamları ayrıca pomidor suyunun daha çox kalori yandırmasını və pis xolesterolun düşməsini də təmin etdiyini vurğuladı.
Araşdırmanın nəticələri "Nutrition Journal" jurnalında nümayiş olundu.
Daha əvvəl edilən araşdırmalar, pomidor suyundakı gamma-aminobütirik turşu kimi kimyəvilərin östrojen hormonuna bənzər təsirləri olduğunu ortaya qoymuşdu.
qadin.az