Florensiya peçenyesi

Florensiya peçenyesi
Tərkibi (40 ədəd):

60 q ərik qurusu
75 q qəhvəyi şəkər tozu
75 q kərə yağı
125 ml qaymaq
4 x.q. bal
1 x.q. un
75 q badam yonqarı
75 q bütöv badam
125 q ağ şokolad
1 ç.q. bitki yağı

Ərikləri xırda doğrayın. Şəkər tozunu kərə yağı, qaymaq və balla birlikdə qazanda qarışdırın. Ocağın üstünə qoyun. Qaynara düşəndə un və əriyi əlavə edib qarışdıraraq 1-2 dəqiqə bişirin, ocaqdan götürüb bütöv badamları əlavə edin.
Sobanı 160 dərəcə qızdırın. Xəmirdən qaşıqla götürərək perqament döşənmiş siniyə bir-birindən 4 sm aralı olmaqla düzün. Sobada 12 dəqiqə, qızaranadək bişirin.
Şokoladı su hamamında əridib peçenyelərinə üzərinə çəkin, üzərinə badam yonqarı səpin. Yaxud çəngəllə şokoladın üzərində naxış salın. Qurudun.

Nuş olsun!


milli.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.