Göbələkli toyuq budu – Resept

24 Ağustos 2016
2 042
0
Göbələkli toyuq budu – Resept
Feat.Az bişirilməsi asan olan ləzzətli yeməklərdən birini təqdim edir.

Ərzaqlar:
Toyuq budu -8 ədəd
Şampinion göbələk -300 qr
Soğan -3 ədəd
Kök - 1 ədəd
Dəfnə yarpağı – 1 ədəd
Yumru istiot -3 ədəd
Sarımsaq – 2 diş
Un - 1 x.q
Duru yağ -2 x.q
Xama- 100 qr
Duz ,istiot

Hazırlanması:

Toyuğun budlarını yuyun, iti bıçaqla kəsirik sümüyünü çıxardın.
Sümükləri qazana qoyub üzərinə bir az su töküb qaynadırıq və köpüyünü yığın. Üzərinə yağı, doğradığımız soğanı , kökü ,dəfnə yarpağı, duz istiot əlavə edib 15 dəqiqə bişirin. Bişdikdən sonra soyudun.
Göbələyi yuyub doğrayın . Qalan soğanları doğrayıb tavada qızardın. Üzərinə doğranmış göbələk ,sarımsaq əlavə edib 10 dəqiqə bişirib odun üzərindən götürüb soyudun.
Hazırladığımız içliyi budların içinə yığıb ağzını iplə bağlayın.
Tavaya yağ töküb budları şəkildə gördüyünüz kimi 5 dəqiqə qızardırıq və saxsı və ya şüşə qaba düzün.
Xamaya hazırladığınız bulyonu əlavə edib yaxşıca qarışdırırıq və budların üzərinə yayıb sobada 220 dərəcədə bişirin.
Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.