Arıqladan, yağları yandıran şorba - 8 FAYDASI

21 Ağustos 2016
1 868
0
Arıqladan, yağları yandıran şorba - 8 FAYDASI
Şorba dedikdə gözümüzün önünə isti, hətta buxarı ilə gözəl qoxusu ətrafa yayılan yemək gəlir. Lakin yay günlərində isti yemək yeməyi sevmirsinizsə, sizin üçün ideal təklifimiz var: ayran aşı şorbası. Bu şorbanın yeganə üstünlüyü soyuq formada yeyilməsi deyil. Ayran aşı şorbası sağlamlıq baxımından da faydalıdır. Yağ yandırılması və çəki azaltmaqdan tutmuş qəbizliyə, sümük sağlamlığından immuniteti gücləndirməyə qədər bir çox xeyri var.

Ayran aşı şorbasını ana yemək payında olduğu kimi, ara payda da yeyə bilərsiniz. Həm yüngül, həm də zəngin qida elementləri ehtiva etdiyi üçün gündə iki kasa yemək məqbuldur. Ayran aşı şorbasının tərkibindəki qatıq, noxud və buğda yüksək zülal, lif və kalsium ilə qida dəyəri yüksəkdir. Pəhriz saxlayanların sağlam qidalanmaları baxımından, eyni zamanda inkişaf çağında olan uşaqlar üçün faydalı qidadır. Feat.Az ayran aşı şorbasının 8 faydası ilə sizi tanış edir.

Sümük və diş sağlamlığını dəstəkləyir

Qatıq sayəsində ehtiva etdiyi kalsiumla sümük və diş sağlamlığını dəstəkləyir. Bununla yanaşı, irəlidəki yaşlarda sümük bərkiməsini təmin edir. Əgər qidalardan kifayət qədər kalsium almırsınızsa, sümüklərdəki kalsium azalar. Bədənsə lazımlı kalsiumu sümüklərdən təmin edir. Bu da irəlidəki yaşlarda sümük ərimələrinə yol açır. Ayran aşı şorbası isə adından da məlum olduğu kimi, qatıq sayəsində sümük inkişafına dəstək olur.

Arıqlamağa köməkçi olur

Tərkibindəki kalsium ilə yağ yandırılmasına dəstək olaraq, çəki azalmasını təmin edir. Aparılan araşdırmalar kifayət qədər kalsium qəbul etmədikdə bədənin müxtəlif hissələrində, xüsusilə qarın bölgəsində yağlanmanın artdığını sübut edib. Kalsium enerji tarazlığında vəzifə daşıyan ən əhəmiyyətli minerallardan biridir. Pəhriz zamanı bədəndə yığılan yağların əmilməsini azaldaraq, bağırsaqlardan atılmasını asanlaşdırır. Tədqiqatçılar müəyyən edib ki, gündə 1500 mg kalsium qəbul edən insanların 3 ilin sonunda yağ anbarlarında 5-6 faiz azalma olur. Ancaq hər şeydə olduğu kimi, ayran aşı şorbasının da həddindən artığı zərərlidir.

Xərçəngdən qorunmaqda faydalıdır

Ayran aşı şorbasında olan taxıllar zülal ehtiva edir. Bitki mənşəli zülallar, ən az heyvani zülallar qədər qiymətlidir. Xüsusilə vegeterianların zülal ehtiyaclarını qarşılamaq üçün mütləq gündəlik qidalanmalarında yer verilməlidir. Bitki mənşəli zülal qaynaqlı qidalar ehtiva etdiyi fitokimyasallar, antioksidanlar və liflər sayəsində pis xolesteroldan azad olmağı dəstəkləyir, xərçəngdən qoruyucu rol oynayır. Ayran aşı şorbasındaki buğda və noxuddan başqa digər quru paxla və taxıllar da bitki mənşəli zülal ehtiva edir.

B vitamini sayəsində yaddaşı gücləndirir


Ehtiva etdiyi taxıllar B qrupu vitaminləri ilə zəngindir. Xüsusilə enerji mübadiləsində rol oynayan B1 vitamininin ən əhəmiyyətli qaynağıdır. B1 vitamini bədəndə alınan karbohidratın yandırılaraq enerjiyə çevrilməsini təmin edir. Həmçinin, əzələ və qan dövranı sistemi üçün də olduqca əhəmiyyətlidir. Kifayət qədər olmadıqda diqqətsizlik, halsızlıq və yaddaş zəifliyi müşahidə edilir.

Pis xolesterolu məhv edir


Ayran aşı şorbası yüksək lif tərkibi sayəsində bağırsaqlardan yağın sorulmasını azaldaraq xolesterolun salınmasında faydalıdır. Həll edilə bilən liflər bədən tərəfindən həzm edilmədiyi üçün nazik bağırsağa gələrək gel halını alır. Burada yaranan gel quruluş xolesterolu içinə alaraq, pis xolesterol və nazik bağırsaq toxumalarının təmasının qarşısını alır. Beləliklə, xolesterol nazik bağırsaqdan əmilmədən liflə birlikdə bədəndən xaric edilir.

Həzmsizlik və qəbizliyin qarşısını alır


Qəbizlik şikayəti olanlarda bağırsaq fəaliyyətinin sürətlənməsinə kömək edir. Ayran aşı şorbası qatığın tərkibindəki bakteriyalar sayəsində bağırsaq florasının tənzimlənməsində rol oynayır. Bağırsaq florasının təşkil edilməsi həzmsizlik, qəbizlik kimi bir çox bağırsaq narahatlığının aradan qaldırılmasını təmin edir.

İmmuniteti gücləndirir


Tərkibindəki qatığın probiotik təsiriylə birlikdə immunitet sistemini gücləndirir, bədənin xəstəlik və infeksiyalara qarşı müqavimətini artırır. Səhv qidalanma, stress, tez-tez antibiotik istifadəsi, toksik elementlərə məruz qalma kimi bir çox faktorlar bağırsaqlardakı xoşniyyətli bakteriyalara təsir edir və sayının azalmasına səbəb olur. İmmunitet sisteminin 70 faizi bağırsaqlar tərəfindən idarə olunur. Buna görə sağlam bir bağırsaq florası həm immunitet sistemini gücləndirir, həm də bizi xəstəliklərə qarşı qoruyur.

Uşaqlarda böyüməyə qatqı təmin edir


Ayran aşı şorbası vitamin, mineral, lif və zülalla zəngin olduğu üçün qida dəyəri olduqca yüksəkdir. Xüsusilə uşaqlarda böyümə və inkişafa dəstək olur. Tərkibindəki qatıq, noxud, buğda kimi qidalarla uşaqların immunitet sistemini, sümük, diş, bağırsaq sağlamlığını dəstəkləyir və sağlam inkişaflarına dəstək olur.

Ayran aşı şorbasının resepti:

Lazım olan ərzaqlar:


1 su stəkanı buğda
1 su stəkanı noxud
4 su stəkanı qatıq
Duz, nanə, su

Hazırlanması:

Buğda və noxudu ayrı-ayrı axşamdan isladın. Sularını süzün, ayrı qazanlarda üzərlərinə təzədən su töküb qaynadın. Bişəndən sonra qoyun soyusun. Qatığa duz töküb soyuysn noxud və buğda ilə qarışdırın. Soyuducuya qoyun ki, yaxşıca soyusun. Sonra üzərinə təzə və ya quru nanə əlavə edib qarışdırın. Zövqə görə şüyüd, hətta xırda doğranmış xiyar da qata bilərsiniz.
lent.az
Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.