Düşünürsüz ki, makaron kökəldir! Bu, mifdir!
Bizi kökəldən makaronlar deyil, makaron üstündəki yağlı, kalorili kotletlər, toyuq hissələri, bir sözlə, souslarıdır. Axı makaronlar zülaldır, amma sousu yağ. Odur ki, pastalardan deyil, üstündəki sousdan qaçın.İtalyanlar üçün makaron sellüloz mənbəyidir. Bu da uzun müddət toxluq hissinin yaranması deməkdir. Makaron insanı depressiyadan çıxarır, iştahı normallaşdırır.
Arıqlamaq üçün bu pəhrizdə diqqət etməlisiniz:
Rasiondan un, şəkər, ət məhsulları (balıq xaric), konservləşdirilmiş məhsullar çıxarılmalı; bol meyvə-tərəvəz, zeytun yağı, balıq və digər dəniz məhsulları istifadə edilməldir. Yəni makaronu yalnız buxarda və ya azca zeytun yağında bişirdiyiniz tərəvəzlərlə, balıqla yeməlisiniz.Makaron pəhrizinin üstünlükləri bunlardır: 1-2 ay davam edən bu pəhrizin sayəsində maddələr mübadiləsi yaxşılaşacaq, dəri gözəlləşəcək, həzm prosesi normal işləyəcək, nəticədə artıq çəkiləri itirə biləcəksiniz. Makaron pəhrizi ağır deyil, yaxşı əhval yaradır, insana psixoloji sarsıntı vermir. Odur ki, bu pəhriz sizə xoş gəlirsə, aylarla, illərlə davam etdirə bilərsiniz. İtirdiyiniz çəki isə geri qayıtmayacaq. Düzgün riayət edilsə, makaron pəhrizində sağlam qaydada arıqlayarsınız - ayda cəmi 1,5-2 kq. Mütəmadi olaraq bu pəhrizə əməl edənlərdə ürək – damar xəstəlikləri, xərçəng riski xeyli aşağı düşür, immun sistemi bərkiyir, infeksiyon xəstəliklərə tutulma şansı azalır.Amma bu pəhrizin də öz sirləri var:
Makaronla arıqlamaq üçü gərək onu düzgün süzəsən, əsl italyanlar kimi.
1 litr suya 100 qr. makaron tökməlisiz. Suyu duzlayan kimi makaronlar tökülməlidir. Spagettiləri 5 dəqiqədən artıq qaynatmayın. Sizə elə gəlməsin ki, onlar çiydir. Xeyr. Onları çox qaynatdıqda karbohidrat dəyəri yüksəlir, bu isə həzm prosesini çətinləşdirir.