“Nənəm də bişirər” deyə biləcəyiniz zəfir tortu

10 Eylül 2016
2 347
0
“Nənəm də bişirər” deyə biləcəyiniz zəfir tortu
Marketdə satılan hazır zefirlərdən ən dadlı tort resepti! Çox asan, dadlı və maraqlı tortdur! Bişirilmir!

Ərzaqlar:
Zefir – 0,5 kq.
Şəkərli peçenye – 150 qr.
Kərə yağı – 180-200 qr.
Qoz ləpəsi – 100 qr.
Qaynanmış qatılaşdırılmış süd – 1 banka

Hazırlanması:


Marketdən istənilən şəkərli peçenyelər alırsız, onları ya blenderin, ya da ətçəkənin köməyi ilə toz halına salırsız. Qoz ləpəsinin ¼-ni tortu bəzəmək üçün saxlayacaqsız, qalanlarını üyüdürsüz. Kərə yağı ilə qatılaşdırılmış süd mikserdə çalınır. Bura üyüdülmüş qozla peçenyenin 2/3-nü tökürsüz, qarışdırırsız.
Tortu hazırlayacağınız buludu, formanı götürürsüz, zefirlərin yarısını düzürsüz, üstün bol krem çəkirsiz, sonra yenə qalan zefirlər düzülür, krem yaxılır. Ən sonra tortun üstünə qoz-peçenye ovuntusu səpilir.


“Nənəm də bişirər” deyə biləcəyiniz zəfir tortu

sufrem.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.