Uşaqlarınız Bu Keksi Çox Bəyənəcək

24 Eylül 2016
1 772
0
Uşaqlarınız Bu Keksi Çox Bəyənəcək
Feat.Az nəinki uşaqlarınızın, elə sizin özünüzün də çox bəyənəcəyiniz keks reseptini təqdim edir.

Tərkibindəkilər:

• 1 paket kakaolu keks
• 1 paket qaymaq
• 1 paket südlü şokolad
• Balaca taxta çubuqlar
• Balaca rəngli tort konfetləri

Hazırlanması:

Keksi rəndələyib qaba tökün. Üzərinə qaymağın yarısını boşaldıb xəmir halına gələnə kimi qarışdırın. Alınmış xəmirdən qoz böyüklüyündə dairələr hazırlayın. Siniyə yağlı kağız sərin, düzəltdiyiniz xəmirləri üstünə düzüb soyuducuda 15-20 dəqiqə saxlayın. Bir az bərkiyəndən sonra xəmirləri soyuducudan çıxardın. Şokoladı əridib dairələrin bir tərəfini şokolada batırın. Şokoladlı hissə üstə düşmək şərtilə yenidən siniyə düzün. Üstünə çubuqları batırın. Qaymağın qalan yarısını qarışdırıb dairələrin şokolada batmamış tərəfinə çəkin. Üzərinə rəngli konfetləri töküb bəzəyin.
Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.