Araxis tortu

28 Eylül 2016
3 087
0
Araxis tortu
Tərkibi:

xəmir:

135 q un
45 q kakao
140 q şəkər tozu
1 iri yumurta
1 ç.q. qabartma tozu
1/2 ç.q. soda
1 x.q. vanil cövhəri
145 ml süd
75 ml neytral dadlı bitki yağı
125 ml qaynar su

xırt-xırt korj (dakuaz):

40 q badam unu
2 yumurtanın ağı
140 q şəkər tozu
100 q iri doğranmış duzlu araxis
200 q araxis yağı
60 q kərə yağı
60 q tund şokolad
1/3 st. vafli qırıqları

krem:

200 q tünd şokolad
350 ml 35%-li qaymaq

(forma 18x27 sm)

Şokoladlı korjlar: Sobanı 170 dərəcə qızdırın. Formanı yağlayıb içinə perqament döşəyin.
İri qabda bütün quru ərzağı qarışdırın. Başqa qabda yumurta, bitki yağı və südü çalın. Sonra bunu quru qarışığa qatıb xəmir hazırlayın.
Xəmirə az-az qaynayan suyu əlavə edin, eyni zamanda dayanmadan qarışdırın ki, yumurta bişib bərkiməsin.
Xəmiri formaya töküb 20-25 dəqiqə bişirin. Bişib-bişmədiyini taxta çöplə yoxlayın.
Korju formada soyudun. Sonra səliqə ilə çıxarıb eninə iki bərabər hissəyə bölün.

Xırt-xırt dakuaz korju: Sobanı 160 dərəcə qızdırın. Perqamentin üzərinə 17x26 sm ölçüdə düzbucaqlı çəkib formaya döşəyin.
Yumurta ağlarını şəkər tozu ilə möhkəm çalın. Səliqə ilə badam ununu əlavə edin. Bu qarışığı perqamentin üzərinə çəkdiyiniz düzbucaqlı boyu yayın. Üzərinə araxis səpin.
Təxminən 20 dəqiqə bişirin. O, krem rəngi almalı, merengi isə bişib qurumalıdır.
Şəbəkənin üzərində soyudun.

Su hamamında şokolad, kərə yağı, araxis yağını əridin. Sonra vafli qırıqları əlavə edib qarışdırın. Bu qarışığı dakuaz korjunun üzərinə bərabər yayın və dondurucuda 1 saat saxlayın.

Qanaş: Soyuq qaymağı krem halına gələnədək çalın. Şokoladı su hamamında əridin. Sonra götürüb bir-iki dəqiqə qarışdırın. Çalınmış qaymağa qatıb yenidən çalın.

Yumşaq şokoladlı korju buluda qoyun. Üzərinə qanaşın 1/3-ni çəkin. Dakuaz korjunu qoyun. Üzərinə kremin 1/3-ni çəkin. İkinci şokoladlı korju üzərinə yerləşdirin.
Tortu bir gecə dondurucuda saxlayın. Sonra donmuş tortun kənarlarını iti bıçaqla kəsib hamarlayın. Qanaşın qalanını üzərinə çəkin.
Bu tortu soyuducuda 4 gün saxlamaq olar.

Nuş olsun!
Milli.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.