Meyvəli keks resepti

09 Ekim 2016
2 928
0
Meyvəli keks resepti
Tərkibi:
Yumurta – 3 ədəd;
Şəkər tozu – 1 st.;
Süd – 1 stəkan;
Duru yağ -1 st.;
Qabartma tozu – 1 paket;
Vanil – 1 paket;
Toz halına salınmış fındıq – 1 st.;
Toz halına salınmış qoz – 1 st.;
Quru meyvə – 1 st.;
Un – 3 st.;

Hazırlanması:
Yumurtaları sındırıb, şəkər tozu ilə mikserdə çalırıq.
Köpüklənəndən sonra üstünə südü, duru yağı, vanil və qabartma tozunu da əlavə edib, mikserdə çalmağa davam edirik.
Sonra unu və quru meyvələri əlavə edib, xəmir halına gələnə qədər qarışdırırıq.
Sobanı 170 dərəcə temperaturda qızdırırıq.
Keks üçün xüsusi qablara (formalara) kağız qoyub, yağlayırıq və xəmiri onların içinə tökürük. Zövqə görə hər keksin üzərinə bir neçə quru meyvə qoyuruq. Keksləri şişənə qədər bişiririk.

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.