Toyuq kolbasası resepti - HAZIRLANMA QAYDASI

21 Ekim 2016
1 975
0
Toyuq kolbasası resepti - HAZIRLANMA QAYDASI
Tərkibi:
● Duz - 1 ç.q.
● Ədviyyat - zövqə görə
● Yumurta (toyuq) ağı - 2 ədəd
● Bibər (Paprika şirin) - 1 ç.q.
● İstiot (qara) - zövqə görə
● Sarımsaq - 3 diş
● Qaymaq (orta yağlı) - 200 ml.
● Toyuq - 500 qr.

Hazırlanması:
1) Toyuq ətini ətçəkən maşından keçirdin;

2) Sarımsağı əzin, farşa əlavə edin, qaymaq, yumurta ağı və ədviyyatları qatın və yaxşıca qarışdırın;

3) Birinci variant: farşı folqaya qoyun, sıx bağlayın və hər iki ucunu burun;

4) Folqanın üstündən bir neçə qat streç kagızı ilə kolbasanı bükün və uclarını sapla möhkəm bağlayın ki, su içinə dolmasın;

5) Qazana qoyun, üzərini tam örtəcək qədər su tökün və 30-40 dəq. bişirin;

6) Sudan çıxardın və soyudun. Gecədən səhərə qədər soyuducuya qoyun;

7) İkinci variant: farşı bağırsağın içinə doldurun, hər iki ucunu sapla bağlayın;

8) Kolbasanın bir neçə yerdən nazik iynə ilə deşin;

9) Suyu qaynadın və düz səpin, zəif qaynamada kolbasanı bişirin. Soyudun.

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.