Almalı və böyürtkənli keks - RESEPT

26 Ekim 2016
2 359
0
Almalı və böyürtkənli keks - RESEPT
Feat.Az almalı və böyürtkənli keksin hazırlanma qaydasını təqdim edir.

Ərzaqlar:

250 qr un
2 yemək qaşığı qabartma tozu
1 yemək qaşığı toz darçın
85 qr əridilmiş kərə yağı
100 qr qara şəkər
150 ml süd
2 iri yumurta
4 alma
250 qr böyürtkən

Üstü için: 50 qr kərə yağı, 2 yemək qaşığı qara şəkər, bir az da pudra şəkəri

Hazırlanması:
Geniş bir qaba un, qabartma tozu və darçını tökün. Kərə yağı, şəkər, süd və yumurtaları yavaş-yavaş qataraq bütün ərzaqları bir-birinə yaxşıca qarışdırın.Xəmiri keks qabına tökün və sobanı 190 dərəcədə isidin.Almaları soyun, çəyirdəklərini ayırdıqtan sonra 8 yerə bölün. Böyürtkənlərlə birlikdə keksin üzərinə düzün, kərə yağını xırda toplar şəklində aralara qoyun və üstünə qara şəkəri səpin.Keksi təxminən 45-50 dəqiqə bişirdikdən sonra 10 dəqiqə soyumağa qoyun. Sonda üstünə pudra şəkəri səpin.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.