Möcüzəvi Alma Peçenyeləri

31 Ekim 2016
2 289
0
Möcüzəvi Alma Peçenyeləri
Ərzaqlar:

Alma – 2 ədəd
Un – 2 st.
Şəkər tozu – 1 st.
Yumurta – 2 ədəd
Kərə yağı – 50 qr.
Qabartma tozu – 1 ç.q.
Vanilin – zövqə görə
Darçın – 0,5 ç.q.
Duz – bir çimdik

Hazırlanması:

Otaq temperaturunda yumşalmış kərə yağı, şəkər tozu, yumurta həcmli olana kimi mikserdə qarışdırılır. Ayrıca bir qabda unun üzərinə qabartma tozu, duz, darçın, vanilin tökülür, qarışdırılır. Un duru kütləyə qatılır, qarışdırılır. Almalar xırda kub formasında doğranılır və o da xəmirə əlavə edilir.
Sonra soba listinə perqament kağız salınır, yağlanır, xəmirdən qaşıqla götürüb listə tökürsüz və peçenyelər cərgə ilə, bir-birindən aralı olmalıdır. Əvvəlcədən isidilmiş sobada 180 dərəcədə 15 dəqiqə bişirirsiz. Peçenyelər hazır. Nuş olsun!
sufrem.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.