Xırçıldayan ləziz çipsiləri evdə tez hazırlaya bilərsiniz - HAZIRLANMA QAYDASI

10 Kasım 2016
1 828
0
Xırçıldayan ləziz çipsiləri evdə tez hazırlaya bilərsiniz - HAZIRLANMA QAYDASI
Evdə 6 dəqiqəyə xırçıldayan ləziz çipsi hazırlaya bilərsiniz

Mikrodalğalı sobada hazırlamaq üsulu
Ərzaqlar:

Kartof
Duz,istiot,sarımsaq
Zeytunyağı

Hazırlanması:

Kartofları elə qabıqlı halda olduqca nazik-nazik dilimləyirik. Onları bol su şırnağında – suyu şəffaflaşana kimi yuyuruq ki,nişastası getsin.

Sonra quru dəsmalla kartof dilimləri yaxşıca qurulanır.

Bir boşqaba yığılır. Heç bir dilim başqasının üstünə qoyulmamalıdır. Üzərinə duz,istiot səpə,zeytun yağı sürtə bilərsiz. Boşqabı mikrodalğalı sobaya qoyursunuz.

Maksimum dərəcədə yüksək tezlikdə 3 dəqiqə müddətinə hazırlayırıq. Sonra kartof dilimləri çevrilir və maksimal güc 50% azaldılır,yenidən 3 dəqiqə qızdırılır.

Dadlı,xırçıltılı çipsilər hazırdır!

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.