10 dəqiqəyə əlüstü hazır olan BALLI PEÇENYELƏR

27 Kasım 2016
2 311
0
10 dəqiqəyə əlüstü hazır olan BALLI PEÇENYELƏR
Ərzaqlar:

Yulaf lopaları – 80 qr.
Un – 250 qr.
Kərə yağı – 70 qr.
Bal – 2 x.q.
Xama – 2 x.q.
Yumurta – 1 ədəd
Şəkər – 60 qr.
Qabartma tozu – 10 qr.

Hazırlanması:


Yulaf lopaları marketlərdə səhər yeməyi üçün hazır qutularda satılan ovsyankadır. Onun bişirməyə ehtiyac olmayan növünü alın, hansı ki, suya, südə qatıb tez yeyirlər.
Un, yulaf lopaları, şəkər tozu və qabartma tozu bir qabda birləşdirilir. Ayrıca qabda yumurta, bal, xama qarışdırılır. Bu kütlə unlu kütləyə qatılır və qarışdırılır. Kərə yağı yumşaldılır, doğranılıb, xəmirə atılır və yoğrulur. Yapışqanlı xəmir alınmalıdır. Xəmiri 5-6 sm. qalınlıqda yayır və ondan dairəvi peçenyelər kəsirsiz. Formaya perqament sərir, peçenyeləri düzür, 190 dərəcədə 15 dəqiqə bişirirsiz.
Nuş olsun!
sufrem.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.