Ləziz ponçiklər

10 Aralık 2016
3 140
0
Ləziz ponçiklər
Tərkibi:

500 ml süd
2 yumurta
125 qr yağ- marqarin və ya kərə yağı
2 x/qaşığı+1 ç/qaşığı şəkər tozu
1.5 ç/qaşığı duz
11 qr quru maya
0.5 st isti su
un nə qədər getdi (təxmini 400qr)
Hazırlanması:

Su ilə südü qarışdırın və bir qədər isidin. Şəkər tozu və mayanı əlavə edib qarışdırdıqdan sonra 15 dəqiqə gözlədin. Daha sonra yumurta, otaq temperaturunda (əridilmiş) yağ, duz əlavə edib qarışdırın. Daha sonra unu əlavə edərək yumşaq xəmir yoğurun. Nə bərk, nə də yumşaq olmalıdır. 1.5 saat gözlətdikdən sonra xəmiri 1 sm qalınlığında yayın. Stəkan və ya başqa qəliblə xəmiri bərabər hissələrə bölün. Kiçik qazana duru yağ( 1.5 st) əlavə edin. Ponçikləri yağda qızılı rəng alana kimi qızardın. Hazır ponçiklərin mərkəzini bıçaqla kəsərək, istəniləm cem əlavə edə bilər və ya şəkər pudrası ilə bəzəyərək servis edə bilərsiniz.

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.