Evdə nanəli konfet hazırlayın

18 Ocak 2017
3 249
0
Evdə nanəli konfet hazırlayın
Nanəli konfetləri evdə hazırla! Olduqca asandır, bişirilmir! Məşhur aşpaz Ceyms Oliverin resepti

Ərzaqlar:

1 ədəd yumurtanın ağı
Limon – 2/1
Qənd kirşanı – 450 qr.
Nanəcövhər – 0,5 ç.q.

Hazırlanması:
Qabda yumurta ağı köpüklənənə kimi çalınır. Bura bir neçə damcı limon suyu sıxıb qarışdırın. Yarım çay qaşığı da nanəcövhər qatıb, üzərinə 400 qr. qənd kirşanını ələyin. Taxta qaşıqla qarışdırın. Bərk xəmir kütləsi alınmalıdır.Onu əlinizlə də yoğurun.
Xəmiri taxtanın üzərinə qoyub, üzərinə 30 qr. da əlavə qənd kirşanı səpib, 2 sm. qalınlıqda dairəvi yayın.Müxtəlif formalardan istifadə etməklə və ya sadəcə xırda dairələr kəsin. Kəsdiyiniz konfetləri qənd kirşanı səpilmiş məcməyiyə yığıb, gecədən səhərə kimi qurumağa qoyun. Konfetlərin xəmirinə qənnadı rəngi qatıb, müxtəlif rənglərdə konfetlər əldə edə bilərsiniz!

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.