Fındıqlı qurabiyə resepti

25 Ocak 2017
2 646
0
Fındıqlı qurabiyə resepti
Tərkibi:
• 2 yumurta
• 1 paçka yağ
• 1 stəkan şəkər pudrası
• 1 ədəd qabartma tozu
• Lazımı qədər un
• Çəkilmiş fındıq

Hazırlanması:

İstifadə edəcəyiniz yumurtalardan birinin ağını ayırıb kənara qoyun. Daha sonra fındığı çıxmaq şərtilə bütün ərzaqları qarışdırın. Diqqət edin ki, yağ otaq temperaturunda olsun. Alınan xəmiri kiçik dairələrə ayırın. Balaca topları öncə kənara qoyduğunuz yumurtanın ağına batırın, sonra da çəkdiyiniz fındığa.
180 dərəcədə qızdırılmış sobada bişirin. Çalışın ki, üstü çox qızarmasın. Üstü ağ qalsa daha gözəl görünər.

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.