Ballı Toyuq Qanadı- RESEPT

01 Şubat 2017
1 910
0
Ballı Toyuq Qanadı- RESEPT
Hər günümüz özəldir. Lakın bəzi günlərdə bütün ailə üzvləri bir yerdə olur. Bu günü ailəni bir süfrə arxasına yığmaq üçün dadlı yeməklər ən yaxşı vasitədir.

Feat.Az sizə ailəniz üçün hazırlaya biləcəyiniz dadlı yemək reseptini təqdim edir:

Ballı toyuq qanadı

16 ədəd toyuq qanadı
2 xörək qaşığı ketçup
2 xörək qaşığı mayonez
2 xörək qaşığı bal
zövqə görə duz, istiot
çörək qırıntısı (suxariki) – irilərindən olsa daha yaxşı olar

Toyuq qanadlarının ucunu kəsib atın. İri bir qabda qanadlar, ketçup, mayonez, bal, duz və istiotu yaxşıca qarışdırın. Soyuducuda ən azı 4 saat saxlayın.
İri listin dibinə kalka kağızı sərin. Çörək qırıntılarını dayaz biz qaba qoyun.Qanadların hər tərəfini qırıntıya batırıb listə düzün.
200 C-lik sobada təxminən 40 dəqiqə ərzində və yaxud qanadlar bişib üstləri qızarana kimi bişirin.

kishi.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.