Şəkərsiz Şokoladlı Tort – RESEPT

Şəkərsiz Şokoladlı Tort – RESEPT
Pəhriz saxlayanlar və şəkər xəstələri üçün fərqli bir ləzzət olan şokoladlı tortun siz də dadına baxa bilərsiniz. əmin edirik ki, çox bəyənəcəksiniz. Aile.lent.az şəkərsiz şokoladlı torun hazırlanma qaydası ilə sizi tanış edir.

Şəkərsiz şokoladlı tort üçün vəsaitlər:

- 2 ədəd banan
- 1/2 stəkan alma püresi
- 1/4 stəkan kokos yağı
- 2 yemək qaşığı kərə yağı
- 2/3 stəkan kakao tozu
- 1/2 çay qaşığı qabartma tozu
- 1/2 çay qaşığı soda
- 1/2 çay qaşığı dəniz duzu və ya normal duz

Sarı keks üçün:

- 198 qram banan
- 3 yumurta
- 2 yemək qaşığı hindqozu südü və adi süd
- 1/2 stəkan badam yağı və ya kərə yağı
- 1 çay qaşığı vanil

Çiyələk sousu üçün:

- 1 yarım stəkan qoz
- 1 stəkan ikiyə bölünmüş çiyələk
- 1 stəkan kərə yağı və ya kokos yağı
- 1 çay qaşığı vanil
- 1/2 çay qaşığı ağcaqayın siropu

Şəkərsiz şokoladlı keksin hazırlanması:

Şokoladlı keksi hazırlamazdan əvvəl sobanı 350 dərəcə istilədin. Bananları, alma püresi, kokos yağı ilə kərəyağını mikserdə yaxşıca qarışdırın. Kakao tozu, qabartma tozu, soda və duzu əlavə edin. Qabarana qədər qarışdırın. Soba tavasını yağlayıb xəmiri ora tökün. 25-30 dəqiqə bişirin, tavadan çıxararkən soyumasını gözləyin.

Sarı keks örtməsini hazırlamaq üçün banan, yumurta və badam yağını mikserdə yaxşıca qarışdırın. Hindqozu südü, qabartma tozu və vanil əlavə edib qarışdırın. Soba tavasını yağlayıb qarışığı tökün. 20-30 dəqiqə bişirin. Çıxarmazdan əvvəl soyumasını gözləyin.

Çiyələk sousu üçün isə yuyub qurutduğunuz qozları, çiyələk və kərəyağını mikserdə qarışdırın. Qabarmaması üçün ehtiyatlı olun. Sirop ilə vanil əlavə edin, yumuşalana qədər qarışdırın.

Vanilli keks ilə şokoladlı keksi diqqətlə eyni şəkildə nizamlayın. Şokoladlı keksin üstünə çiyələk sousundan sürtün. Daha sonra vanilli keksin üstünə sousdan sürtün. Qalan sousu keksin digər qalanına hissəsinə istifadə edin. Soyuducuda saxlayıb, sonra süfrəyə gətirə bilərsiniz.

lent.az
Əvvəlki Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.