Uşaqlığımızın ləzzəti şirin qoz- foto resept

13 Nisan 2022
12 261
0
Uşaqlığımızın ləzzəti şirin qoz- foto resept
Ərzaqlar:
Xəmir üçün:

1.5 st un
70 qr kərə yağı
3 x/q şəkər
1 yumurta
1/3 ç/q qabartma tozu
Duz

İçlik üçün:
Bişmiş qatılaşdırılmış süd

Hazırlanması:
Yumurta və şəkəri şəkər tam əriyənə qədər çalırıq.
Yağı əridib bir az soyuduqdan sonra qarışdıra-qarışdıra yumurtaya əlavə edirik. Unu duz və qabartma tozu ilə qarışdırırıq və qarışığa əlavə edib xəmir yoğururuq. Xəmiri bərabər ölçüdə hissələrə ayırırıq və vişnə böyüklüyündə top formasına salırıq. Formanı qızdırırıq və peçenyelərimizin hər iki üzünü də orta odda bişiririk. Bişdikdən sonra kənarlarındakı artıqları təmizləyirik və qatılaşdırılmış süd ilə qarışdırırıq. Bura xırdalanmış qoz, fındıq, araxıs və s.də əlavə edə bilərik. İçliyi peçenyelərin yarısına qoyub o biri hissə ilə birləşdiririk.


Uşaqlığımızın ləzzəti şirin qoz- foto resept





Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.