Bananlı Qozlu Keks - RESEPT

13 Şubat 2017
4 110
0
Bananlı Qozlu Keks - RESEPT
Bananları bütün istifadə edəcəksinizsə keksi qabdan çıxararkən mütləq tamamilə soyumasını və bir az çəkməsini gözləməlisiniz. Yoxsa keksin bir qisimi qabda qala bilər.

Vəsaitlər:
3 ədəd yumurta
1 su stəkanı toz şəkər
1 su stəkanı duru yağ
1,5 su stəkanı un
2,5 çay qaşığı darçın
1 paket vanilin
1 paket xəmir qabartma tozu
yarım su stəkanı qıyılmış qoz içi
Bananları karameliz etmək üçün:
2 yemək qaşığı kərə yağı
1 yemək qaşığı toz şəkər
2 ədəd banan

Hazırlanması:
Bananları soyun, istər bütöv, istəsəniz dilimləyin. Kərə yağını tavada əridin və bananları tavaya qoyun. Şəkəri əlavə edib yüngülcə bişirin və ocaqdan götürən.
Şəkər və yumurtaları köpük - köpük olana qədər çırpın.
Maye yağı əlavə edin və çırpın. Un, darçın, vanilin, qabartma tozunu əlavə edərək çırpmağa davam edin.
Tamamilə qarışdıqdan sonra qozları əlavə edin və qarışdırın.
Keks qabını yağlayın, karamelize bananları qəlibə yerləşdirin. Üstünə keks xəmirini tökün.
175 dərəcə əvvəldən istilətdiyiniz sobada təxminən 40 dəqiqə keks quru çıxana qədər bişirin.
Bişən keksi bir tel üstündə tamamilə soyuyana qədər gözlədin.
İstəyə görə karamel sous və dilimlənmiş banan ilə servis edin.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.