Evdə pendir hazırlamağın asan qaydası

17 Şubat 2017
3 520
0
Evdə pendir hazırlamağın asan qaydası
Əsl evdarlar artıq çoxdan marketdən ərzaq almağı azaldıb. Pendiri də evdə hazırlamaq mümkündürsə, daha nə gözləyirik?!

Feat.Az evdə pendir hazırlamağın asan qaydasını təqdim edir.

Ərzaqlar:

Süd – 1 litr
Duz – 1 x.q.
Xama – 200 qr.
Yumurta – 3 ədəd

Hazırlanması:

Süd qaynadılır, duzlanır. Xama ilə yumurtalar birgə çalınır. Süd qaynara düşən kimi, xamalı kütlə qatılıb, müntəzəm qarışdırılır. 5 dəqiqə sonra bərk kütlə üzə çıxıb suyundan ayrılan kimi qazan oddan götürülür, tənzifdən süzülür. Tam süzüldükdən sonra kütləyə forma verilib, tənzif arasında soyuducuya qoyulur. 1-2 saatdan sonra pendir hazırdır.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.