Çox sadə "mannik" – o qədər sadədir ki, resepti qeyd etməyə gərək yoxdur

17 Şubat 2017
3 851
0
Çox sadə "mannik" – o qədər sadədir ki, resepti qeyd etməyə gərək yoxdur
Mannik – rus mətbəxinə aid çox dadlı, həcmli, asan hazırlanan piroq reseptidir. Bir sözlə, o qədər asandır ki, qəfil qonağın gəlsə belə, tez bir zamanda onu hazırlayıb, çay süfrəsinə təqdim edə bilərsiniz.


Ərzaqlar:

Un – 1 st.
Manna yarması – 1 st.
Şəkər tozu – 1 st.
Xama – 1 st.
Yumurta – 2 ədəd
Əridilmiş kərə yağı - 120 qr.
Çay sodası – 0,5 ç.q.
Sirkə - 1 ç.q.
Duz – bir çimdik

Hazırlanması:

Yumurtaları sındırıb, şəkər tozu ilə qarışdırırsınız. Üzərinə xama və kərə yağını töküb, yenə qarışdırırsınız.
Başqa bir iri qabda isə unla manna yarmasını qarışdırırsınız. Üzərinə yumurtalı qarışığı tökürsünüz, sirkəni sodaya həll edib, xəmirə töürsünüz və bircinsli olana kimi qarışdırılır.

Tavanın içini yağlayırsınız. Azca manna səpirsiniz və xəmiri bura tökürsünüz. Əvvəlcədən isidilmiş 200 dərəcədə 30-40 dəqiqə bişirirsiniz.
Mannikə zövə görə quru və ya təzə meyvələr vura, cem çəkə və s. bilərsiniz.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.