Sadə çiyələk piroqu

03 Aralık 2021
3 405
0
Sadə çiyələk piroqu
Çiyələklə hazırlanmış şirniyyatlar bənzərsiz ətri və zərif dadı ilə fərqlənir. Sizə asan hazırlanan çiyələk piroqu təqdim edirik.

İnqrediyentlər:

1,5 stəkan un,
1/2 stəkan şəkər,
1 çay qaşığı qabartma tozu,
100 q. kərə yağı (otaq temperaturunda),
Bir çimdik duz,
1/2 stəkan xama,
1 yumurta,
çiyələk,
şəkər kirşanı

Hazırlanma prosesi:


Sobanı 180 dərəcəyə qədər qızdırın.
Bişirmə formasını yağlayın.
Unu, qabartma tozunu, şəkəri və duzu blenderdə qarışdırın üzərinə kərə yağı əlavə edib təkrar yaxşıca qarışdırın, sonra üzərinə xama və yumurta əlavə edin.
Xəmiri formaya tökün, piroqun üzərinə çiyələklər düzün və onların üstündən bir azca barmağınızla basın ki, xəmirin içinə girsin.
Piroqu 30 dəqiqə ərzində isti sobada bişirin. Piroq bir az soyuduqdan sonra üzərinə şəkər kirşanı səpib süfrəyə təqdim edin.

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.