Halva resepti

27 Şubat 2017
5 365
0
Halva resepti
Tərkibi:

Un-180 qram,
kərə yağı =200 qram,
şəkər tozu -200 qram,
su -200 ml,
duz -bir çimdik.

İlk öncə şərbəti hazırlayırıq. Bunu üçün 200 qram şəkər tozuna 200 ml su töküb qoyuruq qaynamağa. Şərbət qaynayan kimi onu kənara qoyuruq.

200 qram yağı tavaya töküb qoyuruq əriməyə. Qaynatmağa ehtiyac yoxdur. Yağ əriyən kimi ona un və bir çimdik duz əlavə edirik, daha sonra qovururuq. Qaz orta odda olmalıdır. Yağla un qızılı rəngdə olana kimi dayanmadan qovururuq.

Un qızılı rəngdə olduqdan sonra tavanı kənara qoyub, şərbəti az-az əlavə eib qarışdırırıq. Halvamız hazırdır.Boşqablara yığın, qonaqlara təqdim etmədən öncə üzərini bəzəyin.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.