Arıqlamaq İstəyənlər Üçün Gündəlik 5 Qida

18 Nisan 2021
3 069
0
Arıqlamaq İstəyənlər Üçün Gündəlik 5 Qida
Bütün qadınların qorxulu kabusuna çevrilən kökəlməyin qarşısını almaq üçün, Feat.Az sizə gündəlik qəbul etməyiniz lazım olacaq qidaları təqdim edir.


1. Süd və Qatıq

Süd və qatıq, zülal, kalsium, fosfor, riboflavin və B12 vitamini olmaq üzrə bir çox vitamin və mineral baxımından zəngindir. Tərkibindəki yüksək kalsium, sümük və diş sağlamlığını qoruyur, hüceyrələrin işində əhəmiyyətlidir. Xüsusilə bel ətrafındakı yağlanmanın ən böyük düşmənlərindən biri olan qatıq, tərkibindəki probiotik bakteriyalarla bağırsaqlara da dostdur, həzm sistemini rahatlaşdırır, immunitet sistemini gücləndirir. Eyni zamanda kalsium məzmunuyla bədəndəki çox yağlarla mübarizə aparır. Süd, qatıq kimi zülalı yüksək, eyni zamanda balanslı karbohidrat ehtiva edən qidalar, uzun müddət tox tutar.

2. Yumurta

Yumurta, ana südündən sonra ən keyfiyyətli zülal qaynağıdır. A vitamini və bəzi B vitaminləri baxımından zəngin bir yemək olan yumurtada dəmir, fosfor, maqnezium, kükürd və natrium kimi minerallar olur. Yumurtanın sarısında E vitamini vardır və yağlı quruluşuyla uzun müddət tox tutar. "Amerikan Universiteti Jurnalı"-də nümayiş olunan bir araşdırma, naharda iki yumurta və çörək yeyən insanların sonrakı 24 saat içində 400-dən daha az kalori aldığını göstərir.

3. Balıq

Balıq çox yaxşı bir zülal qaynağı olmanın yanında omeqa 3 və selenium məzmunu ilə də yaxşı bir antioksidan, xərçəngə qarşı qoruyucu, ürək və damar sağlamlığı üçün imtina edilməz bir qidadır. Həmçinin qida zamanı istehlak edilən zülal hər zaman daha uzun müddət tox qalmanızı təmin edər. Zülal baxımından zəngin qidalar yediyimizdə bədənimiz, tox hiss etməmizi təmin edən hormonlar ifraz edər.

4. Yulaf

Bol miqdarda lif və sağlam karbohidrat ehtiva etdiyindən naharda yeyilməsi yağ yandırılmasını asanlaşdırır,tez acmağa maneə törədərək kilo verməyi təmin edir. Digərlərinə görə daha yüksək nisbətdə həzm olunan yulaf,həmçinin, dəmir, manqan, sink, E vitamini, tiamin, niasin, riboflavin, folat və digər B qrupu vitaminləri qaynaqlarındandır. Yulaf, maqnezium mineralı ilə də zəngindir. Maqnezium, bədənin qlükoza və insulin qəbul etməsində vəzifə alan 300-dən çox ferment üçün lazımlı, əhəmiyyətli bir mineraldır.

5. Yağlı Toxumlar

Qovrulmamış xam halıyla istehlak edildiklərində doyurucu xüsusiyyətləri, ehtiva etdikləri faydalı yağ turşuları və yüksək antioksidant xüsusiyyətləri insulin müqavimətinin qırılmasına və yağ yandırılmasına köməkçi olarlar. Enerji və qida dəyərləri olduqca yüksək olan badam; karbonhidrat, zülal, doymamış yağ, lif, fosfor, kalsium, dəmir, kalium, maqnezium, sink, A, B, C və E vitamini ehtiva edər. Omega 3 baxımından zəngin olan qoz isə ürək sağlığında və stresin qarşısını almaqda təsirlidir.
Əvvəlki Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.