Ürək pirojnaları :)

19 Ekim 2014
3 597
0
Ürək pirojnaları :)
Ürək pirojnaları :)


Tərkibi.



Biskvit üçün.
3 ədəd yumurta
200 qram şəkər tozu
200 qram un.
Beze üçün.
1ədəd yumurta ağı
50 qram şəkər tozu.
Üzəri üçün
cem




Hazırılanması.



İllk öncə biskivit hazırlayaq.Yumurta və şəkər tozu mikserlə çalınır.
Sonra un əlavə edilir və çalınır.
Listin içərisinə kağız salınır,alınan xəmir kağızın üzərinə tökülür,öncədən isidilmiş 180 dərəcədə 25-30 dəqiqə bişirilir.Əgər kağız yoxdursa listi yağlayıb xəmiri tökün.
Bezeni hazırlayaq.Yumurta ağına bir çimdik duz töküb mikserlə köpüklənənə kimi çalınır.Diqqət edin ki,qabınız quru olsun.Yoxsa beze alınmaz.
Sonra şəkər tozu tökülür və bərkiyənə kimi çalınır.
Ayrı bir kağızın üzərinə ürək şəkli çəkilir.
Beze mətbəx şpristinin içərisinə tökülür və kağızın üzərinə çəkdiyimiz ürəyin üzərində bezə ilə bir də ürək çəkilir,və 100 dərəcə bişirilir.
Soyumuş biskivitdən səliqəli ürək kəsilir.
Ürəyin üzərinə pavidla çəkilir.
Bişmiş bezeni ürəyin uzerine qoyuruq.
Ürək pirojnamız hazırdı.


Nuşi can :)
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.