Fransız mətbəxi - Ratatouille ( Foto-Resept)

10 Mart 2017
3 815
0
Fransız mətbəxi - Ratatouille ( Foto-Resept)
Ərzaqlar:
Badımcan – 2 dənə (700 qr)
Balqabaq – 2 dənə (700 qr)
Pomidor – 1 kq
Qırmızı bibər – 2 dənə
Soğan – 1-2 dənə
Sarmısaq – 2-3 diş
Zeytun yağı, duz, istiot,


1. İlk öncə lazım olan ərzaqları hazırlamaq lazımdır

Fransız mətbəxi - Ratatouille ( Foto-Resept)

2. Daha sonra bibərləri sobada bişiririk. Bunun üçün bibərləri bağlamaya qoyuruq,daha sonra sobada 180 dərəcədə 30-40 dəqiqə bişiririk.

Fransız mətbəxi - Ratatouille ( Foto-Resept)

3. Badımcanı şəkildəki kimi doğradıqdan sonra duzlayıb,20 dəqiqə bu vəziyyətdə saxlayırıq. Daha sonra soyuq su ilə yuyuruq.

Fransız mətbəxi - Ratatouille ( Foto-Resept)

4. Balqabağı şəkildəki kimi doğrayırıq.

Fransız mətbəxi - Ratatouille ( Foto-Resept)

5. Pomidoru şəkildəki kimi doğrayırıq. (700qr)

Fransız mətbəxi - Ratatouille ( Foto-Resept)

6. Soğanı xırda-xırda doğrayaraq zeytun yağında tavada qızardırıq.

Fransız mətbəxi - Ratatouille ( Foto-Resept)

7. Qalan pomidorların qabığını soyuruq. Sonra şəkildəki formada doğrayaraq soğana əlavə edirik.

Fransız mətbəxi - Ratatouille ( Foto-Resept)

8. Sobada bişmiş bibərlərin qabığını soyub,doğrayıb tavaya əlavə edirik.

Fransız mətbəxi - Ratatouille ( Foto-Resept)

9. 5-7 dəqiqə tavada bişirdikdən sonra blendrdən keçirik.

Fransız mətbəxi - Ratatouille ( Foto-Resept)

10. Alınan sousu sobanın qabına əlavə edirik.

Fransız mətbəxi - Ratatouille ( Foto-Resept)

11. Üzərinə badımcan,pomidor və balqabağı bu şəkildə düzürük.

Fransız mətbəxi - Ratatouille ( Foto-Resept)

12. Sarmısaq və duzu ayrıca əzərək üzərinə zeytun yağı,duz və zövqə görə göyərti,istiot əlavə edilir.

Fransız mətbəxi - Ratatouille ( Foto-Resept)

13. Alınan sousu üzərinə əlavə edirik

Fransız mətbəxi - Ratatouille ( Foto-Resept)

14. Üzəri folqa ilə örtülü halda 20 dəqiqə sobada bişirdikdən sonra folqanı çıxardırıq və 15-20 dəqiq daha sobada bişir.Və bu qədər, yeməyimiz hazırdır...

Fransız mətbəxi - Ratatouille ( Foto-Resept)
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.