Piroq-Plov - FOTO RESEPT

10 Aralık 2021
3 722
0
Piroq-Plov  - FOTO RESEPT
Ərzaqlar:
Toyuq filesi- 800qr
Göbələk – 400 qr
Düyü – 2 st
Soğan – 3 dənə
Yer kökü – 2 dənə
Ev yağı – 70qr + 2 yemək qaşığı
Yumurta – 2 dənə
Bitki yağı – 2 yemək qaşığı
Un – 2.5 st.
Su – 1/3 st.
Duz,ədviyyat
Hazırlanması:


1. Düyünü yuyuruq. Yarı bişmiş vəziyyətə gələnə kimi bişiririk. (2 çay qaşığı duz əlavə edilmiş suda) Daha sonra 70 qr ev yağı və ədviyyat əlavə edib qarışdırırq.

Piroq-Plov  - FOTO RESEPT

2. Yer kökü və soğa çox xırda olmayacaq şəkildə doğruyurub yağda rəngi saralana kimi qızardırıq.



3. Toyuq ətini duzlu suda bişiririk, çox xırda olmayacaq şəkildə doğrayıb qızardırıq.



4. Göbələyi yuyuruq,kifayət qədər böyük doğrayıb duzlu suda qanağa düşənnən 3-5 dəqiqə sonraya kimi qaynadırıq,daha sonra süzürük.



5. Xırda doğranmış soğanla saralana kimi qızardırıq.



6. Xəmiri hazırlayırıq: 2 yumurtanı 1.5 çay qaşığı duzla birləşdiririk.



7. Yumurtanı çalırıq. Daha sonra 2 yemək qaşığı ev yağı və 2 yemək qaşığı bitki yağı və isti su əlavə edirik. 2-3 stakan un əlavə edirik.



8. Yumşaq,elastik xəmir hazırlayırıq.



9. Qazanı yağlayırıq,və xəmiri bu şəkildə hazırlayırıq.



10. İlk öncə biraz düyü əlavə edirik,daha sonra toyuq əti.



11. Sonra yenə düyü əlavə edib üzərinə qızarmış tərəvəzlərlə örtürük.



12. Yenə düyü əlaə etdikdən sonra göbələyidə əlavə edirik.



13. Və sonda yenədə düyü əlavə edirik.



14. Üzərini xəmirlə örtürük.



15. 200 dərəcəli sobada 40 dəqiqə bişiririk.



16. Və yeməyimiz hazırdır..



Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.