Toyuq Kolbasası Hazırlamaq Çox Asan İmiş

12 Aralık 2021
4 476
0
Toyuq Kolbasası Hazırlamaq Çox Asan İmiş
Əsl evdar xanım kolbasanı evdə hazırlayır. Canını çöldən tapmayıb ki... Kolbasa hazırlamaq elə də çətin deyil.

Ərzaqlar:


Toyuq əti – bud hissədən – 500 qr.
Jelatin toz halda – 20 qr.
Sarımsaq – 2 diş
Duz, istiot – zövqə görə
Paprika - şirin bibər tozu – yarım ç.q.

Hazırlanması:


Toyuq əti orta ölçüdə, yastı dairəvi doğranılır. Bura duz, jelatin, ədviyyatlar, əzilmiş sarımsaq qatılıb, yaxşıca qarışdırılır. Kütlə qida plyonkasına qoyulub, çox bərk, bir neçə qat sarımaqla rulet kimi bükülür. Uc hissəsi iplə bağlanılır. Qaynar suya salınıb, 1 saat bişirilir. Otaq havasında soyudulub, sonra 8 saat soyuducuda saxlanılır. Tam özünü tutduqdan sonra plyonka çıxarılır. Rulet formasında doğranılır.

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.