Tatar Mətbəxi - Azu (Foto-Resept)

04 Ocak 2022
7 128
0
Tatar Mətbəxi - Azu (Foto-Resept)
Ərzaqlar:

Mal əti – 1kq
Soğan – 1 dənə
Pomidor - 200 qr
İstiot – Yarım çay qaşığı
Sarmısaq – 3 diş
Şüyüd – 20 qr
Yağ – 50 qr
Xiyar turşusu – 150 qr
Duz – 1 çay qaşığı
Dəfnə Yarpağı – 1 dənə
Kartoşka – 1 kq
Cəfəri – 20 qr

Hazırlanması:


1. Ərzaqları hazırlayırıq.

Tatar Mətbəxi - Azu (Foto-Resept)

2. Mal ətini şəkildəki formada doğrayırıq.



3. Yarıbişmiş vəziyyətə gələnə kimi yağda (50 qr) qızardırıq.



4. Soğan,xiyar və pomidoru doğrayırıq.



5. Ətə soğan,xiyar,pomidor və duz əlavə edirik.Soğan yarıbişmiş vəziyyətə gələnə kimi bişiririk.Lazım olsa qaynar su tökürük. Duz,istiot,dəfnə yarpağı,sarmısaq əlavə edib,qarışdırırıq. Feat.Az bildirir ki, ət hazır olana qədər bişiririk.



6. Tavada kartoşqanı qızardırıq,lakin çox bişirməməliyik.



7. Kartoşqanı ətə əlavə edirik,qarışdırırıq,kartoşka bişənə qədər ( 10 dəqiqə) bişiririk.Daha sonra şüyüd və cəfəri əlavə edirik.



Nuş Olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.