Tez hazırlanan tort resepti

14 Aralık 2021
7 023
0
Tez hazırlanan tort resepti
Tərkibi:
3 su stəkanı un
1 banka qatılaşdırılmış süd
1 yumurta
0,5 paket qabartma tozu

Krem üçün:
750 qram süd
1,5 su stəkanı şəkər
2 yumurta
3 xörək q. un
200 qram kərə yağı
1 paket vanil

Hazırlanması:
Qatılaşdırılmış süd, yumurta və qabartma tozu ilə unu qarışdırıb xəmir edin.
8 hissəyə bölün.
Bir tava götürün.
Xəmirləri yayıb tavada odda bişirin.
Bir üzü bişdikdə fırladıb ikinci üzünü də bişirin.
8 kündəni yayıb bişirdikdən sonra soyumağa qoyun.
Sonra kənarlarını səliqə ilə kəsin.
Kremi hazırlamaq üçün süd, şəkər yumurta un və vanili bir qabda qarışdırıb odda bərkiyənə qədər bişirin.
Soyuduqda kərə yağını əlavə edin.
Hazırladığınız korjlara krem çəkib üst-üstə yığın və üzərinə ovuntunu səpin.
3 saat ev temperaturunda saxladıqdan sonra 4 saat soyuducuda saxlayın.

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.