Browni dadında yaş keks resepti

30 Ekim 2021
4 499
0
Browni dadında yaş keks resepti
Tərkibi:
5 ədəd yumurta
1 stəkan şəkər
1 stəkan süd
1 stəkan un
1 stəkan duru yağ
1 paket qabartma tozu
1 paket vanil
3 yemək qaşığı kakao

Sosu üçün:

1 stəkan şəkər
1 stəkan süd
1/2 stəkan duru yağ
2 yemək qaşığı kakao

Hazırlanması:

Yumurtaları və südü 3 dəqiqə çırpırıq.
Şəkəri və duru yağ əlavə edib çırpmağa davam edirik.
Daha sonra unu, qabartma tozunu, vanili əlavə edirik.
Ən son kakaonu əlavə edib daha əvvəl yağladığımız qaba qoyub maksimum isidilmiş sobaya qoyuruq.
Sobanı 150 dərəcəyə gətirib bişməyə qoyuruq.
Sosu hazırlayıb soyumağa qoyuruq.
Keks isti, sos soyuq olacaq.

Nuş olsun!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.