İştahasızlığa səbəb olan qidaları tanıyaq

İştahasızlığa səbəb olan qidaları tanıyaq
Bəzi insanlar iştahasızlıqdan şikayət etsələr də, bir dəstə insanlar da vardır ki, əksinə, iştahalarının çox olmasından əziyyət çəkirlər. Bu insanların yeməyə iştahaları çox olduğu üçün artıq çəkiyə malik olurlar. Feat.Az bildirir ki, bəzi qidalar vardır ki, insan onu yeyən zaman toxluq hiss edər və həmin qidaların kalorisi də az olar. Bu qidaları tanıyaq:

Kokos

Kokos insanda toxluq hissi yaratmaq üçün münasib qida növüdür. Bu meyvənin 100 qr-da 14 qr. liflər vardır ki, mədəni doldurur və insanı uzun zaman tox saxlayır.

Badam

Badamın tərkibində bitki proteini vardır. 100 qr. badamda 25 qr. protein vardır. Ona görə də insana toxluq hiss verər və iştahanı kontrol edər. Gün ərzində 10-15 dənə badam yesəniz, kifayətdir.

Əncir

Quru əncir bəzi insanlar üçün təzə əncirdən daha ləzzətli gəlir. Əncirin tərkibində liflər və şəkər vardır. Bu meyvə sizin iştahanınızı kontrol edər və sizə toxluq hiss verər.

Zeytun

Zeytunun tərkibində liflər və yağlar vardır ki, iştahanın zəifləməsinə yardım edər.

Şirin kartof


Şirin kartofun tərkibində liflər vardır ki, insana toxluq hissi gətirir. Tövsiyə edilir ki, bu kartofu suda bişmiş halda yeyəsiniz.

Xurma

Xurmanın da tərkibində liflər və şəkər olduğu üçün rahatlıqla sizə toxluq hissi verə bilir.

Qırmızı lobya

Qırmızı lobya o zəngin bitkilərdəndir ki, tərkibində protein və lif vardır. Bu qida mədəni doldurar və sizi çox yeməkdən saxlayar.

Avakado

Avakado iştaha əleyhinə olan meyvələrdəndir. Tərkibində Omeqa-3 və liflər vardır. Bu meyvə sizi çox yeməkdən saxlayacaqdır.

Qara şokolad

70%-li qara şokolad sizə toxluq hiss verər və iştahanızı azaldan qidalardandır.
fenomen.az

RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.