Duru yeməkləri yemək vacibdirmi?

11 Mayıs 2017
1 350
0
Duru yeməkləri yemək vacibdirmi?
Uşaqlıq vaxtlarından bizi öyrədiblər ki, duru yeməklər (müxtəlif suplar, borş) çox faydalıdır və onları hər gün yeyən insan həzm sistemini müxtəlif xəstəliklərdən qoruyur.

Lakin son zamanlar aparılmış araşdırmalar göstərir ki, duru yeməklər nəinki faydalı deyil, onları hətta ziyanlı hesab etmək olar.

Feat.Az
saglamolun.az-a istinadən bildirir ki, alimlər mətbəxlərdə duru yeməklər olmayan ölkələrin sakinlərinin sağlamlığını təhlil etdikdən sonra belə qənaətə gəliblər ki, bu ölkələrin sakinlərində mədə-bağırsaq sistemi xəstəlikləri digər ölkələrlə eyni səviyyədədir.

Bundan əlavə araşdırmalar göstərib ki, ət bulyonları və onlardan hazırlanmış suplar həzm sistemini və qaraciyəri yükləyir. Həmçinin bişirilmə zamanı bulyonlara ətdən və xüsusilə sümüklərdən ziyanlı maddələr çıxır.
Bəzi xəstəliklər zamanı ət bulyonlarında olan purinlər hətta çox ziyanlı ola bilər. Bu xəstəliklər arasında - artrit, podaqra, böyrək xəstəlikləri, mədə xorası, xroniki qastrit, öd daşı xəstəliyi və s.

Bütün bunları nəzərə alaraq duru yeməkləri sağlamlıq üçün çox da faydalı hesab etmək çətindir.

Bulyonda olan ziyanlı maddələrin miqdarını azaltmaq üçün əti 5-10 dəqiqə qaynatmaq, sonra bu bulyonu tullamaq, ətin üzərinə təmiz su töküb bişirmək lazımdır.

Bəzi mütəxəssislər ət bulyonlarından ümimiyyətlə imtina etməyi və onları tərəvəz bulyonları ilə əvəz etməyi tövsiyə edir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.