Kakaolu biskvit tortu
Tərkibi:
Xəmir üçün: - 7 yumurta
2 st. şəkər (çox şirin istəməsəniz 1,5 st. edə bilərsiniz.)
1 ç/q. sönmüş soda yaxud qabartma tozu
2 x/q. bal
2 st. qaynanmış isti su
2,5 st. un
2-3 x/q. kakao
1 st. doğranmış qoz-fındıq ləpəsi
Krem üçün: - 200 g kərə yağı
bir paket vanil
1 qatılaşdırılmış süd, (squşenka) - 1 st. doğranmış qoz-fındıq
Hazırlanması:
Ağarıncaya qədər şəkər ilə yumurta mikserlə çalınır. Su, soda qarışdırılır 2-3 x/q. bal əlavə edilir və bir daha yaxşıca qarışdırılır. Kakao ilə unu ələnib qarışığa əlavə olunur, bir qədər qoz-fındıq əlavə edib və yenə yaxşı qarışdırılır. Xəmir xama konsentrasiyasında olmalıdır. Bu qarışımdan bir qədər qaşıqla götürüb, soba qabında, yağ çəkilmiş perqament kağızı üzərinə yayılır.
190 dərəcə qızdırılmış sobada 3 hissə olaraq, hərəsi 25-35 sm. ölçüdə kökələr bişirilir. Soyuduqdan sonra qatılaşdırılmış süd, vanil və kərə yağı ilə hazırlanmış krem çəkilir, hər araya xırdalanmış qoz-fındıq ləpəsi səpilir.
Nuş Olsun!

Redakte Etdi_Deli Qız