Stəkanda hazırlanan fincan keksləri

Stəkanda hazırlanan fincan keksləri
Resept:
1 yumuurta və 3/4 stəkan şəkər tozu çalınır ve üzərinə 1/2 stəkan süd tökülür ,daha sonra 1 stəkan un .1-2 xörək qaşığı kakao, 1 paket qabartma və 1 paket vanil vurulur. Mikserlə çalınır..

Stəkan ya da qəhvə fincanı , nə varsa ondan istifadə edə bilərsiniz. . Yaxşıca yağlayırsınız və bu qarışımla stəkanları yarıya qədər doldurursunuz.
Qazana yığıb , sonra su doldurursuz . Stekanlarin yarisina kimi su olmalıdır. Sonra ocağa qoyun . Əvvəll ağzı açıq olsun . Yanında durun, su qaynamağa baslayanda , ocağın temperaturunu azaldın. Plov dəmlədiyiniz temperaturda olması lazımdır. Qazanin qapağına desmal salıb ağzını kip örtün. Düz 20 dəqiqə vam odda bişsin. Sonra ocağı söndürün, amma qazanın qapağını 15 dəqiqə açmayın.
Sonra açın, keksləri stəkandan çıxarın.
Kekslər buğda bişdiyinə görə çox yumşaq olur və uzun müddət təzə qalır.

Nigar Rəsulova
qadin.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.