Ən asan Ponçik resepti

2 yumurta
0,5 stəkan manna yarması
1 çay qaşığı soda
1 paket qabartma tozu
0,5 limonun suyu
1 dolu stəkan qatıq
2 stəkan un
1 paket vanil
Şərbəti ücün:
2 stəkan şəkər tozu
2,5 stəkan su
3 dilim limon
Qızartmaq üçün
Bitki yağı
Şərbətin hazirlanması:
Bir qazanda şəkər,su və limon dilimlərini qaynadin.
Xəmirin hazırlanması:
Bir qabda 2 yumurtanı sındırın.Kənarda soda,limon suyu və qabartma tozunu qatıq stəkanın üzərinə əlavə edin.Tam köpürməsi üçün gözləyin.
Sonra alınan qarışığı yumurtaların üzərinə əlavə edin.Ən sonda manna və unu əlavə edərək qaşıqla qarışdırın Xəmir nə çox duru,nə də çox bərk olmamalıdır.Nisbətən çörək xəmirinə bənzəyir.Hazırladığınız xəmirdən 2 ədəd çay qaşığı vasitəsilə kiçik topa bənzər parçalar alıb qızmış yağda bişirin.Qaşıqları hər dəfə yağa batırın ki,xəmir yapışmasın.Hazır lokmaları ilıq şərbətin içərisində 2-3 dəqiqə saxlayin və çıxarın.
Nuş olsun!