10 dəqiqəyə hazırlanan şokoladlı keks - RESEPT

10 dəqiqəyə hazırlanan şokoladlı keks - RESEPT
Qəfildən evinizə bir qonaq gəldisə, ya ürəyinizə şirniyyat düşdüsə, 10 dəqiqəyə ləzzətli keks hazırlaya bilərsiniz. Ailem.az şirniyyat sevənlər üçün əlüstü hazırlaya biləcəkləri keks reseptini təqdim edir.

Ərzaqlar:

150 qr kərə yağı
65 qr şəkərsiz kakao tozu
200 qr şəkər tozu
2 yumurta
1 çay qaşığı vanil
100 qr un

Hazırlanması:

Kərə yağını mikrodalğada təxminən 30 saniyə əridin. Şəkəri, kakao tozu və vanili əlavə edib yaxşıca qarışdırın. Yumurtaları çırpmadan əlavə edin. Unu da tökün və yaxşı qarışdırın. Mikrodalğada keks qabını yağlayın, içinə xəmiri əlavə edin. 4-5 dəqiqə yüksək istilikdə bişirin.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET