Ərik mürəbbəsi belə bişirilir - HAZIRLANMA QAYDASI
Ərzaqlar:
2 kq ərik
Ərik toxumlarının ləpələri
750 qr şəkər tozu
1 limonun suyu
Hazırlanma qaydası:
Ərikləri yuyun və iki hissəyə ayırın. İçindən çıxan toxumları qırıb ləpələrini çıxarın və qazanın dibinə qoyun. Ərikləri də qazana yığıb qapağını bağlayın, 15 dəqiqə ərzində ara-sıra silkələyərək, orta odda öz buğunda bişirin. Sonra içinə 750 qr şəkər tozu tökün. Bu şəkildə də 35-40 dəqiqə, qapağı açıq bişirin. Hərdən üzərinə çıxan kəfini yığın. Limon suyunu da tökəndən sonra 10 dəqiqə qaynadın.
İstiykən kəfkirlə ərikləri götürüb, suyunu süzərək bankalara yığın, qapağını yaxşıca bağlayın və başıaşağı çevirin. Bu şəkildə uzun müddət saxlaya bilərsiniz.
Nuş olsun!
lent.az