Vişnəli Keks Resepti
Tərkibi:
100 qr yumuşaq kərə yağı
0,5 stakan şəkər
2 yumurta
2 dolu yemək qaşığı labne
1 stakan un + 1 paket qabartma tozu
vanilin
yarım çimdik duz (labne də biraz duzludur)
ürəyinizdən keçən qədər, qıydığınız qədər vişnə
Hazırlanması:
Bu tərifə məhz turş vişnə götürün, şirin keks və şirin meyvənin biryerdə bişirməyin nə mənası ???
Turş meyvə isə şirin xəmir ilə çox gözəl , bir - birini tamamlayan vəhdət yaradır
Əvvəldən vişnələrin tumunu çıxardıb hazırlayın. Bunun üçün ağzı çox kiçik bir butılka götürün, vişnəni goyun butılkanın başına və bir çöp ilə vişnənin başından basın, altdan tumu düşəcək butılkanın içinə
1. Yumuşaq yağı şəkərlə 4-5 dəq çalın.
2. Yumurtaları bir-bir əlavə edin, hər səfərində yaxşıca çalın.
3. Labnenin əlavə edin, çalın.
4. Unu və qabartma tozunu ələyin birbaşa məhlulun içinə , duz vurun və qaşıq ilə qarışdırın. Halva kimi yayılan, ancaq axmayan bir xəmir alınacaq.
Xəmiri geniş , divarı alçaq keks qaba tökün və qaşığın arxa tərəfi ilə yayın. Üstündən vişnələri sıx-sıx , bol-bol düzün və azca barmağınız ilə basın ki, xəmir bişəndə qabaran zaman vişnələr yuxarı qalxıb yanmasın.
Əvvəldən 170 t isidilmiş sobada 25-30 dəq bişirin. Sobadan çıxardıqdan sonra soyumasını gözləyin və üstünə şəkər kirşanı səpin.
*mənim keks qabımın diametri 28sm. Qabı yağlamaya unutmayın.
Keksi alçaq və geniş qabda bişirin ki, "çörəyi" çox qabarmasın, onda üstdə bir damcı vişnə olacaq, altı teyxa çörək. Alçaq qabda bişəndə isə hər qaşığa 1-2 vişnə gələcək ağıza.
Nuş olsun!